Səudiyyə Ərəbistanında korrupsiyada ittiham olunan 48 məmur həbs edilib

Səudiyyə Ərəbistanında korrupsiyada ittiham olunan 48 məmur həbs edilib İstintaq başa çatdıqdan sonra cinayət işi məhkəməyə göndəriləcək
Digər ölkələr
108
12 Fevral , 2021 17:50
Səudiyyə Ərəbistanında korrupsiyada ittiham olunan 48 məmur həbs edilib

Səudiyyə Ərəbistanında 48 dövlət məmuru korrupsiyada ittiham olunaraq həbs edilib.

“Report” xəbər verir ki, məlumatı “Al-Arabia” telekanalı yayıb.

Bildirilib ki, onlar şəhər və kənd administrasiyaları, Müdafiə, Daxili, Ədliyyə nazirlikləri, Tikinti, Təhsil sahələri, Ətraf mühitin qorunması, Su və kənd təsərrüfatları nazirliklərinin əməkdaşlarıdır.

Həmin məmurlar rüşvət almaqda, saxta sənəd hazırlamaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə də ittiham olunurlar.

Məlumata görə, 411 nəfər korrupsiyada şübhəli bilinirdi. Araşdırmalar nəticəsində 48 nəfərə qarşı ittiham irəli sürülüb. Krallığın Antikorrupsiya İdarəsindən bildirilib ki, istintaq başa çatdıqdan sonra cinayət işi məhkəməyə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi