Səudiyyə Ərəbistanında İŞİD terrorçusu məhv edilib

Səudiyyə Ərəbistanında İŞİD terrorçusu məhv edilib Təhlükəsizlik qüvvələri cinayətkarı müşayiət edən şəxsi saxlayıblar
Digər ölkələr
8 Mart , 2017 14:21
Səudiyyə Ərəbistanında İŞİD terrorçusu məhv edilib

Bakı. 8 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən şəxsin saxlanılması üçün əməliyyat keçiriblər. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı DİN-in nümayəndəsinin yaydığı məlumatda bildirilib.

"Bu gün təhlükəsizlik qüvvələrimiz paytaxt Ər-Riyad şəhərində İŞİD-ə qoşulması barədə məlumat aldığı şəxsin saxlanılması üçün əməliyyat keçirilib. Lakin o, polis əməkdaşlarına atəş açıb. Bundan sonra həmin şəxs zərərsizləşdirilib",- məlumatda qeyd edilib.

Xəbərdə həmçinin təhlükəsizlik qüvvələrinin cinayətkarı müşayiət edən şəxsi saxladıqları və bu işlə bağlı tədqiqatın davam etdirildiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi