Sinay yarımadasında helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var

Sinay yarımadasında helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var Səudiyyə Ərəbistanı sərhədində beynəlxalq qüvvələrə məxsus helikopter qəzaya uğraması nəticəsində 5 nəfər yaralanıb.
Digər ölkələr
12 Noyabr , 2020 21:30
Sinay yarımadasında helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var

Misirin Sinay yarımadasında Beynəlxalq sülhməramlılara məxsus helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri vəzifəsini icra edən Kris Miller bildirib.

O, qeyd edib ki, ölənlərdən 6-ı ABŞ-ın hərbi qulluqçuları, habelə Fransa, Çexiya vətəndaşlarıdır.

"Biz Sinay yarımadasında helikopter qəzası nəticəsində Amerikanın 6 hərbi qulluqçusunun, həmçinin çoxmillətli qüvvələrin tərkibindən iki partnyor dövlətin itkilərindən kədərlənmişik", - Miller Pentaqonun tvitter hesabında yazıb.

Daha əvvəl "Sky News Arabia" telekanalı bildirib ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə Cənubi Sinayda baş verib.

16:55

Misirin Sinay yarımadasında Beynəlxalq sülhməramlılara məxsus helikopetrin qəzaya uğraması nəticəsində 7 sərnişin ölüb, 5 nəfər isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Bildirilib ki, tibb işçiləri yaralılara hadisə yerində yardm etdiklərindən onların İsrailə təxliyə edilməsinə ehtiyac olmayıb.

16:04

Səudiyyə Ərəbistanı sərhədində beynəlxalq qüvvələrə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər yaralanıb.

“Report” “Newsru”ya istinadən xəbər verir ki, yaralılar İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.

Bildirilib ki, helikopter Misirin Sinay yarımadasından qayıdırmış.

Qeyd edək ki, İsraillə Səudiyyə Ərəbistanı arasında ümumi sərhəd yoxdur. Hər iki dövlət İordaniya ilə həmsərhəddir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi