​Səudiyyə Ərəbistanında baş vermiş yol qəzasında yeddi misirli zəvvar həlak olub

​Səudiyyə Ərəbistanında baş vermiş yol qəzasında yeddi misirli zəvvar həlak olub Həlak olanların beş nəfəri bir ailənin üzvləridir
Digər ölkələr
4 İyul , 2016 07:30
​Səudiyyə Ərəbistanında baş vermiş yol qəzasında yeddi misirli zəvvar həlak olub

Bakı. 4 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanında baş vermiş ağır yol qəzasında 7 misirli zəvvar həlak olub. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həlak olanların beş nəfəri bir ailənin üzvləridir.

Xarici siyasət idarəsinin məlumatına görə, avtomobil qəzası Ər-Riyad və Ət-Taif şəhərləri arasındakı yolda baş verib. Zəvvarları daşıyan avtobusun qəzaya düşməsi nəticəsində daha 16 nəfər müxtəlif dərəcəli xəsarət alıb. 

Bütün zərərçəkənlər Ət-Taif şəhər xəstəxanasına yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi