Bakı. 9 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mujib korrupsiya işi təhqiqatı çərçivəsində 208 nəfərin saxlanıldığını bildirib.
"Report" xəbər verir ki, bu barədə "Əş-Şark əl-ausat" qəzeti məlumat yayıb.
Baş prokuror 7 nəfərin azadlığa buraxıldığını qeyd edib. "Korrupsiya işi təhqiqatı ilə əlaqədar saxlanılmış 208 nəfərdən 7-i azadlığa buraxılıb", - deyə baş prokuror qeyd edib.
O, istintaq sirri ilə əlaqədar saxlanılanlar haqqında şəxsi məlumatları açıqlamaqdan imtina edib.