Yuxarı

Səudiyyə Ərəbistanı yeni suveren fond yaratmağı planlaşdırır

Hazırda hökumət investisiya bankları və konsaltinq şirkətlərindən təkliflər gözləyir

Bakı. 15 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı öz neft sərvətinin bir hissəsini idarə etmək üçün yeni suveren fond yaratmağı və sərmayələrini diversifikasiya etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi vəziyyətlə tanış olan mənbələrinə istinadən bildirib. 

"Valyuta qoyuluşunu yaxşı səviyyədə saxlamaq möhkəm maliyyə mövqelərinin saxlanılması və dövlət valyutasının dəstəklənməsi üçün vacibdir", - mənbələrdən biri qeyd edib.

Ehtimal edilir ki, yeni fond emal və kimya sənayesinə, dəniz nəqliyyatı bə logistikaya sərmayələrə yönələ bilər.

Hazırda  hökumət investisiya bankları və konsaltinq şirkətlərindən təkliflər gözləyir.

Bir müddət əvvəl məlum olub ki, dövlət neft şirkəti Saudi Aramco IPO-ya çıxmağı planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi