​Səudiyyə Ərəbistanı Yəmənə havadan zərbələr endirib

​Səudiyyə Ərəbistanı Yəmənə havadan zərbələr endirib On dinc sakinin həlak olduğu bildirilir
Digər ölkələr
20 İyun , 2015 01:56
​Səudiyyə Ərəbistanı Yəmənə havadan zərbələr endirib

Bakı. 20 İyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya aviasiyası Yəməndə husilərin müxtəlif obyektlərinə havadan yeni zərbələr endirib.

"Report" xəbər verir ki, bombardman nəticəsində çoxsaylı insan itkisi qeydə alınıb.

Xüsusilə, aviasiya Sənada Yəmənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq qüvvələrin qoşunlarının olduğu Respublika Qvardiyasının bazasını bombalayıb.

Həmçinin Salehin tərəfdarlarının ələ keçirdiyi Sənanın rayonlarındakı digər hərbi bazalara havadan hücum olub.

Bununla yanaşı, təyyarələr husilərin Yəmənin şimalında yerləşən Saaddakı bir sıra obyektlərinə hava zərbələri endiriblər.

Bombardman nəticəsində ölənlərin dəqiq sayı açıqlanmır. Husilər nəticədə on dinc sakinin həlak olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi