​Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyatlara başlayıb

​Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyatlara başlayıb Döyüş əməliyyatlarında daha doqquz ölkə iştirak edəcək
Digər ölkələr
26 Mart , 2015 04:08
​Səudiyyə Ərəbistanı Yəməndə hərbi əməliyyatlara başlayıb

Bakı. 26 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri Yəmən ərazisində hərbi kampaniyaya start verib.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə Krallığın Birləşmiş Ştatlardakı səfiri Adil əl-Cubey jurnalistlərə açıqlamasında bildirib.

"Əməliyyatların aparılmasında məqsəd ölkənin qanuni hökumətini müdafiə etməkdir", - deyə o qeyd edib.

Səfir bildirib ki, Yəməndə kampaniya havadan zərbələrin endirilməsindən ibarət olacaq.

Döyüş əməliyyatlarında daha doqquz ölkənin qoşunu iştirak edir. Hazırda Yəmən hakimiyyəti şiə üsyançılar - husilərin əlindədir.

Son xəbərlər

Orphus sistemi