Səudiyyə Ərəbistanı sərhədləri daha bir həftə bağlı saxlayacaq

Səudiyyə Ərəbistanı sərhədləri daha bir həftə bağlı saxlayacaq Səudiyyə Ərəbistanı koronavirusun yeni ştammı səbəbindən sərhədlərin tam bağlı olması müddətini daha bir həftəliyə uzatmağa qərar verib.
Digər ölkələr
28 Dekabr , 2020 13:09
Səudiyyə Ərəbistanı sərhədləri daha bir həftə bağlı saxlayacaq

Səudiyyə Ərəbistanı koronavirusun yeni ştammı səbəbindən sərhədlərin tam bağlı olması müddətini daha bir həftəliyə uzatmağa qərar verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bununla belə, qadağa yüklərin daşınmasına şamil edilmir, Səudiyyə Ərəbistanının vətəndaşı olmayanlar da ölkəni təyyarə ilə tərk edə bilərlər.

Xatırladaq ki, dekabrın 21-də Səudiyyə Ərəbistanı bir neçə ölkədə müəyyən edilmiş koronavirusun yeni mutasiyası səbəbindən beynəlxalq uçuşların dayandırıldığını və dəniz və quru sərhəd keçid məntəqələrinin bağlandığını elan edib. Regionun digər ölkələri – Oman və Küveyt də Səudiyyə Ərəbistanının nümunəsindən yararlanıb. Ancaq Oman dünən sərhədlərin dekabrın 29-da açılacağını elan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında pandemiya başlayandan bəri 362,2 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb, 6 185 nəfər COVID-19 qurbanı olub, 353 mindən çox insan tam sağalıb.

Son xəbərlər

Orphus sistemi