Bakı. 13 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralının varisi, müdaifə naziri şahzadə Məhəmməd bin-Salman əl-Səud ABŞ prezidenti Donald Trampla görüşəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi yayıb.
Müdafiə naziri martın 13-də ABŞ-a yola düşüb.
Məlumata görə, varisin ABŞ-ın Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşü də nəzərdə tutulub.
İnformasiyaya əsasən, Məhəmməd bin-Salman əl-Səudun ABŞ-da ikitərəfli münasibətlərə, eləcə də bölgədəki vəziyyətə dair məsələləri müzakirə edəcəyi gözlənilir.