Yuxarı

​Səudiyyə Ərəbistanı kralı kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib

Salman ibn Əbdüləziz əl-Səud Alsqeymer xəstəliyindən əziyyət çəkir

Bakı. 11 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səud kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, kral hazırda Ər-Riyaddakı Kral Xəstəxanasının İntensiv terapiya şöbəsindədir.

80 yaşlı Salmanın Birləşmiş Ştatlar xəstəxanasına aparıla biləcəyi istisna olunmur.

Səudiyyə kralı Alsqeymer xəstəliyindən əziyyət çəkir. O, artıq bir neçə aydır ictimaiyyət qarşısına çıxmır və ona yaxın olan insanları tanımamağa başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi