Səudiyyə Ərəbistanı 7 İran balıqçısını azad edib

Səudiyyə Ərəbistanı 7 İran balıqçısını azad edib İranlılar ötən ilin mayında həbs olunublar
Digər ölkələr
30 İyun , 2017 01:55
Səudiyyə Ərəbistanı 7 İran balıqçısını azad edib

Bakı. 30 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanı qanunsuz olaraq ərazi sularına daxil olmaqda ittiham edərək bir ildən artıq saxladığı iranlı balıqçıları azad edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı İran mətbuatı yazıb.

"Tasnim" agentliyi azad edilən balıqçıların 7, İRİB teleradioyayım korporasiyası isə 5 nəfər olduğunu bildirir.

İranlılar ötən ilin mayında Səudiyyə Ərəbistanının Sahil Mühafizə Xidməti tərəfindən həbs olunublar. Onlar Buşehr və Qenave liman şəhərlərinin sakinləridirlər və hamısı artıq İrana qayıdıb.

İranlıların saxlanılması ilə bağlı daha bir insident cari ilin 16 iyun tarixində, Fars körfəzindəki Mərcan neft yatağı yaxınlığında qeydə alınıb. Səudiyyəlilər ərazi sularına daxil olduqlarını iddia edərək İranın iki balıqçı gəmisinə atəş açıblar. Nəticədə bir balıqçı ölüb, üçü saxlanılıb.

Son xəbərlər

Orphus sistemi