Səudiyyə Ərəbistanı ilə ABŞ arasında 18 əməkdaşlıq sazişi və memorandum imzalanıb

Səudiyyə Ərəbistanı ilə ABŞ arasında 18 əməkdaşlıq sazişi və memorandum imzalanıb ABŞ Prezidenti Cozef Baydenin Səudiyyə Ərəbistanına səfəri zamanı tərəflər bir sıra sahələrdə əməkdaşlıq haqqında 18 saziş və memorandum imzalayıblar.
Digər ölkələr
16 İyul , 2022 02:51
Səudiyyə Ərəbistanı ilə ABŞ arasında 18 əməkdaşlıq sazişi və memorandum imzalanıb

ABŞ Prezidenti Cozef Baydenin Səudiyyə Ərəbistanına səfəri zamanı tərəflər bir sıra sahələrdə əməkdaşlıq haqqında 18 saziş və memorandum imzalayıblar.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət agentliyi SPA məlumat yayıb.

“Səudiyyə Ərəbistanının energetika, investisiya, rabitə və səhiyyə nazirləri amerikalı həmkarları ilə 18 müqavilə bağlayıblar”, - agentlik bildirib.

Qeyd edilir ki, sazişlər kosmik, investisiya, enerji, rabitə və səhiyyə sahələrində bağlanıb.

Bundan əvvəl Baydenin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşdüyü bildirilib. ABŞ Prezidenti görüşdə 2018-ci ildə səudiyyəli jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə toxunub.

Son xəbərlər

Orphus sistemi