Yuxarı
    Bağlamaq

    ​Səudiyyə Ərəbistanı İranla münasibətlərin bərpası üçün vasitəçidən imtina edir

    Adel əl-Cubeyr: İkitərəfli münasibətlərin indiki səviyyəsini düzəltmək üçün İran nə etməli olduğunu yaxşı bilir

    Bakı. 16 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı İranla münasibətlərin bərpası üçün bütün vasitəçilərdəm imtina edir.

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr bildirib.

    "İranla münasibətlərin bərpası üçün vasitəçiliyə ehtiyac yoxdur. İkitərəfli münasibətlərin indiki səviyyəsini düzəltmək üçün İran nə etməli olduğunu yaxşı bilir. İranın Səudiyyə Ərəbistanına düşmən münasibəti kökündən dəyişməlidir", - deyə nazir vurğulayıb.

    Onun sözlərinə görə, Tehran ilk növbədə Səudiyyə Ərəbistanının daxili işдэкinə qarşımaqdan əl çəkməlidir.

    Qeyd edək ki, iki ölkə arasında münasibətlərin bərpası üçün Pakistan, İraq və Rusiya vasitəçiliyini təklif edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi