Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanı hərbi aviasiya pilotunu ABŞ-a səfir təyin edib

    Bu, şahzadə Xalid ibn Salman Əbdül Əziz əs-Səuddur

    Bakı. 23 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz Əs-Səud hökumətin tərkibində kadr dəyişiklikləri edib, həmçinin ABŞ-a yeni səfir təyin edib.

    “Report” xəbər verir ki, Krallığın Birləşmiş Ştatlardakı yeni səfiri şahzadə Xalid ibn Salman Əbdül Əziz əs-Səud təyin olunub.

    “The Straits Times” nəşri yazır ki, yeni səfir ölkənin hərbi aviasiyasının pilotudur.

    Monarxın qərarı ilə ölkədə Milli Təhlükəsizlik Mərkəzi yaradılıb. Dövlət xidməti işləri naziri vəzifəsindən kənarlaşdırılıb. O güman edir ki, nazir səlahiyyətlərindən sui-istifadə edə bilər. Bununla əlaqədar xüsusi tədqiqat komitəsi yaradılıb.

    Eyni zamanda, İbrahim əl-Ömər Baş İnvestisiya İdarəsinin rəhbəri təyin olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi