Yuxarı

Səudiyyə Ərəbistanı Həcc ziyarətinə gələn zəvvarların sayını 30 milyona çatdırmaq istəyir

Proqram çərçivəsində ölkədə İslam Mədəniyyəti Muzeyinin yaradılması da nəzərdə tutulub

Bakı. 27 aprel. REPORT.AZ/ 2030-cu ildə Həcc ziyarətinə gələn zəvvarların sayının 30 milyona çatdırılması nəzərdə tutulub. "Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının ölkədə neftdən asılılığı azaltmaq məqsədilə növbəti 15 il üçün hazırladığı sosial və iqtisadi yönümlü innovasiya proqramında bu məsələ də yer alıb.

Belə ki, son 10 ildə Həcc ziyarəti üçün ölkəyə gələnlərin sayı üç qat artaraq 8 milyona çatıb. 2020-ci ildə isə bu rəqəmin 15 milyona, 2030-cu ildə isə 30 milyona çatacağı proqnozlaşdırılır. Bu məqsədlə ziyarətçilər üçün viza rejiminin sadələşdiriləcəyi, qalacağı yerlərin və xəstəxanaların tutumunun artırılacağı, nəqliyyat sistemi şəbəkəsinin gücləndiriləcəyi bildirilir.

Proqram çərçivəsində ölkədə İslam Mədəniyyəti Muzeyinin yaradılması da nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi