Yuxarı

Səudiyyə Ərəbistanı: "Əsəd hakimiyyətinə hərbi güc ilə son qoyula bilər"

Öz dövlətinin dağılmasından cavabdeh olan insan bu ölkədə yaşamaq hüququnu itirib

Bakı. 14 fevral. REPORT.AZ/ "Əyər Suriya münaqişəsi ilə bağlı danışıqlar prosesi nəticə verməsə Bəşşar Əsəd hərbi güc ilə hakimiyyətdən uzaqlaşdırıla bilər".

"Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bu fikri CNN telekanalına müsahibəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr səsləndirib.

Onun sözlərinə görə, Bəşşar Əsəd çox zəifdir və onun sonu gəlib. "Öz dövlətinin dağılmasından cavabdeh olan şəxs bu ölkədə yaşamaq hüququnu itirib", - deyə Adil Əl-Cubeyr vurğulayıb.

Nazir bildirib ki, Səudiyyə Ərəbistanı Suriyaya hərbi kontingent göndərməyə hazırdır. Ancaq bunun üçün ilk növbədə müvafiq koalisiya yaradılmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi