Səudiyyə Ərəbistanı dövlət büdcəsinin 1/3-i hərbi sahəyə ayrılıb

Səudiyyə Ərəbistanı dövlət büdcəsinin 1/3-i hərbi sahəyə ayrılıb Bakı. 20 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Krallığının dövlət büdcəsinin 21,5 faizi, yəni 56 milyard dollar hərbi sahəyə ayrılıb.
Digər ölkələr
20 Dekabr , 2017 19:50
Səudiyyə Ərəbistanı dövlət büdcəsinin 1/3-i hərbi sahəyə ayrılıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Krallığının dövlət büdcəsinin 21,5 faizi, yəni 56 milyard dollar hərbi sahəyə ayrılıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanı Krallığının Maliyyə Nazirliyi yayıb.

Büdcənin 10,3 faizi (27 milyard dollar) təhlükəsizlik məsələlərinə, 19,7 faizi (52 milyard dollar) təhsilə, 15 faizi (39 milyard dollar) səhiyyə sahəsinə ayrılıb.

Ümumilikdə, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının 2018-ci il üçün dövlət büdcəsi 260,8 milyard dollar müəyən edilib. 

Son xəbərlər

Orphus sistemi