Səudiyyə Ərəbistanı bütün aviaşirkətlər üçün hava məkanını açacaq

Səudiyyə Ərəbistanı bütün aviaşirkətlər üçün hava məkanını açacaq Səudiyyə Ərəbistanı Krallığın Mülki Aviasiya İdarəsinin tələblərinə cavab verən bütün aviaşirkətlər üçün öz hava məkanını açmağa qərar verib.
Digər ölkələr
15 İyul , 2022 07:57
Səudiyyə Ərəbistanı bütün aviaşirkətlər üçün hava məkanını açacaq

Səudiyyə Ərəbistanı Krallığın Mülki Aviasiya İdarəsinin tələblərinə cavab verən bütün aviaşirkətlər üçün öz hava məkanını açmağa qərar verib.

"Report" xəbər verir ki, bu barədə idarənin tvitter səhifəsində dərc olunmuş məlumatda deyilir.

“Krallığın üç qitəni birləşdirən qlobal qovşaq kimi mövqeyini gücləndirmək və beynəlxalq hava nəqliyyatını yaxşılaşdırmaq üçün Krallığın Mülki Aviasiya Baş İdarəsi öz hava məkanını uçuş orqanının tələblərinə cavab verən bütün hava daşıyıcıları üçün açmaq qərarını elan edir”-, bəyanatda deyilir.

Mülki Aviasiya İdarəsi İsrail üçünn də hava məkanını açdığını birbaşa deməyib. Eyni zamanda, ABŞ rəsmisi daha əvvəl “Reuters” agentliyinə bildirib ki, Səudiyyə Ərəbistanı bütün İsrail aviaşirkətləri üçün hava məkanını açacaq və Məkkəyə illik həcc ziyarətində iştirak edən müsəlmanlar üçün İsraildən birbaşa çarter uçuşlarına icazə verəcək.

Son xəbərlər

Orphus sistemi