Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanı 2,5 milyon Suriya qaçqını qəbul edib

    Ər-Riyad 141 min suriyalı məktəbliyə pulsuz oxumaq imkanı yaradıb

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Suriyada münaqişə başlayandan bu yana 2,5 milyon yerli vətəndaş Səudiyyə Ərəbistanına qaçıb.

    "Report" xəbər verir ki, bu barədə BMT-də keçirilən kütləvi miqrasiya problemləri üzrə forumda vəliəhd şahzadə Məhəmməd ibn Naif Əs-Səud məlumat verib.

    "Səudiyyə Ərəbistanı böhran başlayandan 2,5 milyon suriyalını qəbul edib, onlara rahat işləmək və yaşamaq imkanı verib", - deyə Səudiyyə monarxının vəliəhdi bildirib.

    "Ər-Riyad 141 min suriyalı məktəbliyə pulsuz oxumaq imkanı yaradıb və qonşu ölkələrdə milyonlarla suriyalıya yardım göstərib", - deyə o əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi