Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanı 11 sentyabr terror aktı ilə bağlı bütün iddiaların götürülməsini tələb edib

    Ər-Riyad 25 iddianın geri götürülməsi ilə bağlı Manhattan Federal Məhkəməsinə müraciət edib

    Bakı. 2 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanı 2001-ci ilin 11 sentyabr terror hücumlarının planlaşdırılmasında krallığın əlinin olduğu iddia edilən 25 ərizənin geri götürülməsi ilə bağlı Manhattan Federal Məhkəməsinə müraciət edib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, tələblərin olduğu sənədlər Manhattan Federal Məhkəməsinə bazar ertəsi gəlib. Səudiyyə Ərəbistanı iddiaçıların krallıq və ya onunla bağlı olan xeyriyyə təşkilatlarının hücumla əlaqəsi olduğuna dair sübutlar təqdim etmədiyini bildirir.

    Bundan əlavə, Səudiyyə Ərəbistanı suveren immunitet təmin edilməsini tələb edib, həmçinin 2016-cı ilin sentyabr ayında qəbul edilmiş 11 sentyabr terror hücumlarının qurbanlarının varislərinə Səudiyyə Ərəbistanını məhkəməyə vermək imkanı yaradan terror sponsorlarının ədalətli məhkəmə təqibi haqqında qanunun ABŞ Konstitusiyasına zidd olduğunu vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi