Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitində iştirak edəcək liderlərin adları məlum olub.
“Report” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov bildirib.
Qeyd olunub ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Pakistanın Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmonun iştirakı nəzərdə tutulub.
Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakçılar arasında olacağı gözlənilir.
Sammitdə Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti İbrahim Rəisi, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux da ŞƏT-in müşahidəçi dövlətlərinin başçıları qismində iştirak edəcəklər.
Xatırladaq ki, ŞƏT-in sammiti sentyabrın 15-16-da baş tutacaq.