Meksikada silahlı şəxs 40-dan çox uşağı girov götürüb - FOTO - VİDEO

Meksikada silahlı şəxs 40-dan çox uşağı girov götürüb - FOTO - VİDEO Bakı. 26 yanvar. REPORT.AZ/ Meksikada silahlı şəxs 40-dan çox uşağı girov götürüb.
Digər ölkələr
26 Yanvar , 2019 07:58
Meksikada silahlı şəxs 40-dan çox uşağı girov götürüb - FOTO - VİDEO

Bakı. 26 yanvar. REPORT.AZ/ Meksikada silahlı şəxs 40-dan çox uşağı girov götürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Televisa" məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin qərbində, Nayarit ştatında, Baiya-de-Banderas rayonunun məktəblərindən birində baş verib.

Sərxoş vəziyyətdə olan kişi zorla təhsil müəssisəsinin ərazisinə girib və mətbəxdən bir neçə bıçaq oğurlayıb. O, bundan sonra məktəbin həyətinə yollanıb və orada 40-dan çox uşağı, həmçinin müəllimi girov götürüb.

Onun hüquq-mühafizə orqanlarının nümayəndələri ilə danışıqları 3 saat davam edib. Sərxoş şəxs narkotik vasitə olan kristall metamfetaminin iki dozasını gətirməyi tələb edib, lakin sonra bir neçə pivə şüşəsi ilə razılaşıb.

Cinayətkara alkoqollu içkinin ötürülməsi zamanı polis və dəniz piyada qoşununun döyüşçüləri odlu silahın tətbiqi olmadan onu zərərsizləşdirməyə müvəffəq olublar.

Cinayətkarın hərəkətlərindən heç bir uşaq zərər çəkməyib. Saxlanılan şəxs prokurorluq əməkdaşlarına təhvil verilib. 

 

Son xəbərlər

Orphus sistemi