Sərt “Brexit”in piarına 100 milyon funt xərclənəcək

Sərt “Brexit”in piarına 100 milyon funt xərclənəcək Böyük Britaniyanın baş naziri Boris Conson ölkəsinin Avropa İttifaqı üzvlüyündən müvafiq saziş imzalamadan çıxmasına hazırlıq dövründə piar kampaniyası keçirtmək niyyətindədir.
Digər ölkələr
29 İyul , 2019 10:57
Sərt “Brexit”in piarına 100 milyon funt xərclənəcək

Böyük Britaniyanın baş naziri Boris Conson ölkəsinin Avropa İttifaqı üzvlüyündən müvafiq saziş imzalamadan çıxmasına hazırlıq dövründə piar kampaniyası keçirtmək niyyətindədir.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, bu məqsədlə “Brexit”ə qalan üç ay ərzində 100 milyon funt, yəni təqribən 120 milyon ABŞ dolları xərcləmək nəzərdə tutulur.

Həmin məbləğin “sərt Brexit” hazırlığına 1 milyard funt həcmində əlavə məsrəflərin onda bir hissəsi olduğu bildirilir. Bu məsrəflər planı yaxın günlərdə açıqlanacaq.

Sərt “Brexit”lə bağlı kampaniyanın ikinci dünya müharibəsindən sonrakı dövrdə ən irimiqyaslı kampaniya olacağı da qeyd olunur.

Son xəbərlər

Orphus sistemi