Şərqi Qutada 30-dan çox terrorçu kamikadze saxlanılıb

Şərqi Qutada 30-dan çox terrorçu kamikadze saxlanılıb Bakı. 30 mart. REPORT.AZ/ Suriya ordusunun hərbçiləri dinc sakinlərin Şərqi Qutadan çıxışından bu günə kimi humanitar dəhlizdə 30-dan çox terrorçu kamikadzeni zərərsizləşdiriblər.
Digər ölkələr
30 Mart , 2018 02:48
Şərqi Qutada 30-dan çox terrorçu kamikadze saxlanılıb
Foto: "SANA"

Bakı. 30 mart. REPORT.AZ/ Suriya ordusunun hərbçiləri dinc sakinlərin Şərqi Qutadan çıxışından bu günə kimi humanitar dəhlizdə 30-dan çox terrorçu kamikadzeni zərərsizləşdiriblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "SANA" agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, onlar arasında mülki əhali də var. Terrorçular avtobuslarda və düşərgələrdə bomba partlatmağı planlaşdırırmış.

Saxlanılan terrorçu kamikadzelərdən 6-ı qadındır. Onlardan 4-ündə intihar kəməri aşkarlanıb. Daha 2 qadın isə intihar kəmərini əşyaların olduğu çantalara yerləşdiriblər.

Son xəbərlər

Orphus sistemi