Şərqi Asiya Sammitinin iştirakçıları koronavirusla bağlı məhdudiyyətləri yüngülləşdirməyə qərar veriblər

Şərqi Asiya Sammitinin iştirakçıları koronavirusla bağlı məhdudiyyətləri yüngülləşdirməyə qərar veriblər Şərqi Asiya Sammitinin (EAS) iştirakçıları turizmi bərpa etmək üçün COVID-19-a qarşı peyvənd olunmuş səyahətçilər üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin yenidən nəzərdən keçirilməsinə çağırıblar.
Digər ölkələr
27 Oktyabr , 2021 19:48
Şərqi Asiya Sammitinin iştirakçıları koronavirusla bağlı məhdudiyyətləri yüngülləşdirməyə qərar veriblər

Şərqi Asiya Sammitinin (EAS) iştirakçıları turizmi bərpa etmək üçün COVID-19-a qarşı peyvənd olunmuş səyahətçilər üçün tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin yenidən nəzərdən keçirilməsinə çağırıblar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə sammitin bu gün qəbul olunmuş yekun bəyannaməsində deyilir.

Sammitdə iştirak edən ölkələrin başçıları, həmçinin COVID-19-a qarşı peyvəndlə bağlı tibbi arayışların qarşılıqlı tanınması imkanlarını müzakirə etmək barədə razılığa gəliblər.

Sammit iştirakçıları yeni və mövcud istiqamətlərin təhlükəsiz açılması, infrastrukturun təkmilləşdirilməsi, turizmin rəqəmsal transformasiyasının təşviqi, innovativ turizm və turizmlə əlaqəli məhsulların inkişafı daxil olmaqla, birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.

Qeyd edək ki, Şərqi Asiya Sammiti 2005-ci ildə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələri ilə onun dialoq üzrə tərəfdaşları: Rusiya, ABŞ, Çin, Koreya Respublikası, Yaponiya, Hindistan, Avstraliya və Yeni Zelandiya arasında əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi