Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə Ukraynadakı vəziyyəti müzakirə edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər proseslərin dinamikası və rəsmi Kiyevlə Moskva arasındakı danışıqların son durumu barədə fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair razılığa gəliblər.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Çində səfərdədir. O martın 31-də Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirlərinin üçüncü konfransında iştirak edəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində səfərdədir.
“Report” TASS-a istinadən xəbər verir ki, o, çinli həmkarı Vanq Yi ilə görüşüb.
S.Lavrovun digər rəsmilərlə də müzakirələr aparacağı gözlənilir.
Qeyd edək ki, Rusiyanın XİN başçısı sabah, martın 31-də Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirlərinin Çinin Tunsi şəhərində keçiriləcək üçüncü konfransında iştirak edəcək.