Yuxarı

Serbiyanın baş naziri partiyasının parlament seçkilərindəki qələbəsini tarixi uğur elan edib

Onun koalisiyası 50,9 faiz səs toplayıb

Bakı. 25 aprel. REPORT.AZ/ Serbiyanın baş naziri Aleksandar Vuçiç dünən ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərində rəhbəri olduğu Serb İnkişaf Partiyasının liderlik etdiyi "Aleksandar Vuçiç - Serbiya qalib gəlir" koalisiyasının qalib gəlməsini tarixi uğur adlandırıb.

"Report" xəbər verir ki, o, səsvermə prosesinin son 25 ildə qanun pozuntusunun minimal sayına görə, ən demokratik seçki olduğunu bəyan edib. Aleksandar Vuçiç bundan qürur hissi keçirdiyini vuğulayıb.

"Bu, mühüm məsuliyyətə səbəb olmuş böyük şərəfdir", - deyə Vuçiç rəhbəri olduğu partiyanın seçki qərargahında bildirib.

Baş nazirin sözlərinə görə, seçki məntəqələrindən gələn ən son məlumatlar, onun koalisiyasının 50,9 faiz səs topladığını göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi