Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verdiyini elan edib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Serbiya Respublikası hökumətinin sədri vəzifəsindən istefa vermək qəti qərarımdır. Bu səhər prezidentlə uzunsürən görüşüm oldu, biz hər şeyi müzakirə etdik və o, mənim arqumentlərimlə razılaşaraq qərarımı qəbul etdi", - Vuçeviç təcili mətbuat konfransında bildirib.
Serbiyanın Baş naziri Miloş Vuçeviç ölkədəki tələbə etirazları fonunda istefa verir.
“Report” xəbər verir ki, bu barədə "Veçerne novosti" qəzeti məlumat yayıb.
O, bununla əlaqədar təcili mətbuat konfransı keçirəcək.
Əvvəllər ölkə Prezidenti Aleksandr Vuçiç etirazlara görə hökumətin tərkibinin təcili olaraq yenilənəcəyini elan etmişdi.
Yerdəyişmələr nəticəsində hökumət üzvlərinin yarıdan çoxunun öz iş yerlərini tərk edəcəyi bildirilib.