​Serbiyada keçirilmiş parlament seçkilərində Serb İnkişaf Partiyası qələbə qazanıb

​Serbiyada keçirilmiş parlament seçkilərində Serb İnkişaf Partiyası qələbə qazanıb Partiya 56,2 faiz seçici səsi toplayıb
Digər ölkələr
24 Aprel , 2016 22:41
​Serbiyada keçirilmiş parlament seçkilərində Serb İnkişaf Partiyası qələbə qazanıb

Bakı. 24 aprel. REPORT.AZ/Serbiyada bu gün keçirilən növbədənkənar parlament seçkilərində Serb İnkişaf Partiyası 56,2 faizlə qalib gəlib. "Report" xəbər verir ki, bu barədə Azad Seçkilər və Demokratiya Uğrunda Mərkəzdən (CESİD) məlumat verilib.

Mərkəzin yaydığı məlumatda bildirilir ki, "exit-poll"un nəticələrinə görə, Aleksandr Vuçiçin rəhbərlik etdiyi koalisiyası rəqiblərini üstələyib.

Səsvermələrin nəticələrinə görə ikinci yerdə 10,9 faiz səslə xarici işlər naziri İviç Daçiçin sədri olduğu Serbiya Sosialist Partiyasının rəhbərlik etdiyi koalisiya, üçüncü yerdə isə 7,3 fais səslə Voislav Şeşelin rəhbərlik etdiyi Serb Radikal Partiyası qərarlaşıb.  

Son xəbərlər

Orphus sistemi