Serbiyada vağzal binasının talvarının uçması nəticəsində 14 nəfər həlak olub - YENİLƏNİB

Serbiyada vağzal binasının talvarının uçması nəticəsində 14 nəfər həlak olub - YENİLƏNİB Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Digər ölkələr
2 Noyabr , 2024 07:23
Serbiyada vağzal binasının talvarının uçması nəticəsində 14 nəfər həlak olub - YENİLƏNİB

Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu Serbiya lideri Aleksandr Vuçiç xalqa müraciətində bildirib.

“Son məlumata görə və ümid edirik ki, bu son rəqəm olacaq, 14 nəfər həlak olub. Səkkiz nəfər Serbiya Respublikasının vətəndaşı, bir nəfər Şimali Makedoniyanın vətəndaşıdır”, – Vuçiç qeyd edib.

O əlavə edib ki, beş nəfərin kimliyi hələ müəyyən edilməyib.

Yerli KİV qeyd edir ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatları başa çatıb. 14 nəfərin ölümündən əlavə, hadisə nəticəsində üç nəfər müxtəlif xəsarətlər alıb.

23:16

Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

“Report” “Tanyuq” dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç bildirib.

“Səkkiz qurban olduğu zaman biz dağıntılar altında daha beş nəfərin olduğunu bilirdik, lakin onların sağ və ya ölü olduğunu müəyyən edə bilmirdik”, – agentlik Daçiçdən sitat gətirib.

Hüquq-mühafizə qurumunun rəhbəri xilasetmə əməliyyatında iştirak edən hər kəsə təşəkkürünü bildirib və qurbanların identifikasiyasının aparıldığını qeyd edib. “Ağır mənzərədir. Bütün bu beton konstruksiyaları qaldırmaq lazımdır”, – nazir əlavə edib.

Serbiya hökuməti 2 noyabrı milli matəm günü elan edib.

Son xəbərlər

Orphus sistemi