Serbiyada məktəbə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 03 may, 2023
  • 08:57
Serbiyada məktəbə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

Serbiyada məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, yeniyetmə əvvəlcə mühafizəçiyə sonra dəhlizdəki 8 şagirdə atəş açaraq qətlə yetirib.

12:45

Serbiyada məktəbə silahlı hücum nəticəsində mühafizəçi ölüb, 5 məktəbli yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, Vladislav Ribnikar adlı 14 yaşlı yeniyetmə məktəbdə atəş açıb. Yaralananlar arasında məktəbin müəllimi də var.

Atəş açan şəxs saxlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti