Serbiyada hərbçilər kütləvi etiraz aksiyası keçiriblər

Serbiyada hərbçilər kütləvi etiraz aksiyası keçiriblər Onlar az əmək haqqına və pis əmək şəraitinə etiraz ediblər
Digər ölkələr
28 Noyabr , 2016 03:50
Serbiyada hərbçilər kütləvi etiraz aksiyası keçiriblər

Bakı. 28 noyabr. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqradda hərbçilər bu ölkənin tarixində ilk dəfə olaraq az əmək haqqına və pis əmək şəraitinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

"Report"un məlumatına görə, bu barədə "BBC" xəbər verib.

Məlumata görə, aksiyanı hərbi xidmətçilərin həmkarlar ittifaqı təşkil edib. Kütləvi tədbirdə 1000-ə yaxın insan iştirak edib. "Əgər serb əsgəri öz ailəsini dolandıra bilmirsə, bu, problemdir" – deyə həmkarlar ittifaqının rəhbəri Noviş Antiç bildirib.

Həmkarlar ittifaqında iddia edirlər, hərbçilərin 75%-dən çoxunun əmək haqqı ölkə üzrə orta maaşdan çox aşağıdır. Ölkənin müdafiə naziri Zoran Djoreviç aksiyanı tənqid edib. O, bildirib ki, 1000 aksiyaçıdan yalnız 200 nəfəri həqiqətən hərbçidir.

Qeyd edək ki, bu il Serbiyada təxminən 1000 nəfər Silahlı Qüvvələrdən istefaya çıxıb.

Son xəbərlər

Orphus sistemi