Serbiyada fabrikdə partlayış baş verib, ölənlər və xəsarət alanlar var

Digər ölkələr
  • 23 noyabr, 2021
  • 15:16
Serbiyada fabrikdə partlayış baş verib, ölənlər və xəsarət alanlar var

Serbiyanın paytaxtı Belqrad yaxınlığında raket istehsalı zavodunda partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 15-i yaralanıb.

Partlayış Leştan kəndindəki “Edepro” dolu əleyhinə raket zavodunda baş verib. Daxili İşlər Nazirliyindən mətbuata verilən məlumata görə, hadisə yerinə 11 texnika və 36 yanğınsöndürən cəlb olunub.