Serbiya Prezidenti: “Özümü yaxşı hiss edirəm” - YENİLƏNİB
- 28 aprel, 2023
- 07:40
“Özümü yaxşı hiss edirəm”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
O bildirib ki, bu gün ölkə daxilində səfərlər edəcək.
Qeyd edək ki, daha əvvəl A.Vuçinin səhhətində problem olduğu və onun xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı.
09:39
Serbiya Prezidenti Aleksandr Vuçiçin səhhətində problemlər yaranıb və o, xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.
Rəsmi qurumlar dövlət başçısının səhhəti barədə hələ ki açıqlama verməyib.
O, 2019-cu ildə ürək-damar sistemində yaranmış problemlə əlaqədar Hərbi Tibb Akademiyasında müalicə olunub.
Qeyd edək ki, A.Vuçiç 1970-ci il martın 5-də Serbiyanın Belqrad şəhərində anadan olub. 2017-ci il iyunun 1-dən ölkə prezidentidir.