Serbiya prezidenti: Avropa İttifaqına üzvlük yolumuz davam edəcək
- 02 may, 2025
- 04:42
9 May Qələbə Gününü qeyd etmək üçün Moskvaya səfərimdən sonra belə Avropa İttifaqına üzvlük yolumuz davam edəcək.
"Report"un "Tanyug" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ-yə səfəri zamanı deyib.
“Serbiya Avropa yolundadır və bu yoldan dönməyəcək, mənə qarşı hər cür sanksiyaları qəbul etməyə hazıram. Putinə dedim ki, mayın 9-da Rusiyaya gələcəm, xalqıma, hamıya verdiyim sözüm məni məcbur edir. Bundan sonra da Serbiya Avropa yolunda qalacaq, biz bunu dəyişə bilmərik. Seçkilərdən əvvəl belə bir vəd verilmişdi”.
Qeyd edək ki, Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Qiyom Merse aprelin 30-da məlumat vermişdi ki, genişlənmə üzrə Avropa komissarı Marta Kos Serbiyaya səfəri zamanı ölkə prezidenti Aleksandr Vuçiçin Moskvada 9 May tədbirinin iştirakının Avropa İttifaqına üzv olmaq üzrə danışıqlara təsir edəcəyi ilə hədələyib.