Serbiya Müdafiə Nazirliyinin anbarında partlayış olub

Serbiya Müdafiə Nazirliyinin anbarında partlayış olub Serbiyanın Çaçka şəhərində Müdafiə Nazirliyinin “Sloboda” müəssisəsinin anbarında iyunun 4-də səhər saatlarında partlayış və yanğın olub.
Digər ölkələr
4 İyun , 2021 14:28
Serbiya Müdafiə Nazirliyinin anbarında partlayış olub

Serbiyanın Çaçka şəhərində Müdafiə Nazirliyinə məxsus “Sloboda” müəssisəsinin anbarında partlayış və yanğın olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Aleksandar Vulin bildirib.

Nazirin sözlərinə görə, hadisə iyunun 4-də səhər saatlarında baş verib. O qeyd edib ki, şəhər əhalisinin böyük bir qisminin təxliyəsi məsələsi nəzərdən keçirilir.

Hadisə baş verən zaman müəssisədə fəhlə olmayıb. Yanğın baş verən əraziyə 45 yanğınsöndürən cəlb edilib.

Son xəbərlər

Orphus sistemi