Seneqalda tikilməkdə olan binanın çökməsi nəticəsində 11 nəfər ölüb

Digər ölkələr
  • 26 may, 2025
  • 20:03
Seneqalda tikilməkdə olan binanın çökməsi nəticəsində 11 nəfər ölüb

Seneqalın mərkəzindəki Tube şəhərində tikilməkdə olan üçmərtəbəli binanın çökməsi nəticəsində azı 11 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” RTS radiostansiyasına istinadən xəbər verir ki, xilasetmə işlərinə xeyli insan və texniki resurs cəlb olunub.

“Mümkün sağ qalanların və digər qurbanların axtarışı davam etdirilir”, - məlumatda deyilir.

Yerli prefekt faciənin səbəbinin tikinti qaydalarına əməl edilməməsi olduğunu bildirib. Qeyd olunur ki, binanın çökməsinin dəqiq səbəblərinin və hadisəyə görə məsul şəxslərin müəyyən edilməsi üçün xidməti araşdırma başladılıb.