Səmərqənddə ilk beynəlxalq iqlim forumu keçiriləcək

Digər ölkələr
  • 17 mart, 2025
  • 20:12
Səmərqənddə ilk beynəlxalq iqlim forumu keçiriləcək

Özbəkistanın Səmərqənd şəhərində bu il aprelin 4-5-də ilk Səmərqənd Beynəlxalq İqlim Forumu keçiriləcək.

“Report” xarici KİV-ə xəbər verir ki, tədbirdə dünya liderləri, siyasətçilər, ekspertlər və fəallar qlobal iqlim çağırışlarını müzakirə etmək üçün bir araya gələcək.

Forum “Silk Road Samarkand” Konqres Mərkəzində keçiriləcək və iqlim dəyişikliyi ilə mübarizədə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm addım olacaq.

"Qlobal iqlim çağırışları qarşısında Mərkəzi Asiya: ümumi rifah naminə konsolidasiya" mövzusunda tədbir ekoloji dayanıqlılıq, “yaşıl iqtisadi inkişaf” və iqlim dəyişikliyinə uyğunlaşma üçün həllər tapmağa yönəlib.

Forumda Mərkəzi Asiya ölkələrinin, o cümlədən Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın dövlət başçılarının və hökumət nümayəndələrinin, həmçinin Avropa İttifaqı, BMT və aparıcı ekoloji təşkilatların nümayəndə heyətlərinin iştirakı gözlənilir.