Səfir: “Böyük Britaniya Ukraynaya hərtərəfli və səmərəli yardım göstərir”

Səfir: “Böyük Britaniya Ukraynaya hərtərəfli və səmərəli yardım göstərir” “Böyük Britaniya ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Ukraynaya hərtərəfli və səmərəli yardım göstərir".
Digər ölkələr
4 Oktyabr , 2022 14:33
Səfir: “Böyük Britaniya Ukraynaya hərtərəfli və səmərəli yardım göstərir”

“Böyük Britaniya ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Ukraynaya hərtərəfli və səmərəli yardım göstərir".

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Old ilə görüşü şərh edərkən feysbukda yazıb.

"Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ferqus Old ilə görüşüm oldu. Rusiyanın genişmiqyaslı təcavüzünün ilk günlərindən bu ölkə ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə Ukraynaya hərtərəfli və səmərəli yardım göstərir. Biz ümumi məqsədə - Ukraynanın qələbəsinə nail olmaq üçün birlikdə çalışırıq!", - o yazıb.

Son xəbərlər

Orphus sistemi