Yuxarı

​Səfir ABŞ-ı və Avropa dövlətlərini Fələstin Dövlətini tanımağa çağırıb

Öz adımdan İsveç hökuməti və xalqına Fələstin Dövlətini tanıdığına görə minnətdarlığımı bildirirəm

Bakı. 31 oktyabr. REPORT.AZ/ Fələstinin Azərbaycandakı səfiri İsveçin Fələstinin tanınması məsələsini şərh edib.

"Report"a açıqlama verən səfir Nəsir Əbdül Kərim öz adından İsveç Krallığı hökuməti və xalqına uzun zaman boyunca Fələstin xalqı ilə ikitərəfli dostluq əlaqələrinə, beynəlxalq hüquq, beynəlxalq hümanitar hüquq və beynəlxalq qanunverciliyin qərarlarına söykənən cəsarətli, tarixi mövqeyə görə dərin təşəkkür və minnətdarlığını çatdırıb.

"Biz hesab edirik ki, bu tanıma İsveçin İsrail və Fələstin tərəfləri arasında sülh prosesinin uğur qazanmasına olan daimi istəyindən qaynaqlanır. Məhz buna görə də biz ABŞ-ı, qalan digər avropa dövlətlərini Fələstin Dövlətini tanımaq üçün tələsməyə çağırırıq. Bu, sülh prosesini xilas etməyə zəmanət verəcək və eyni zamanda regionda sülhü, dialoqu, sülh danışıqlarını və onu dəstəkləyənlərin baxışına dəstək göstərəcək" - deyə, səfir bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi