Şavkat Mirziyoyev yenidən Nukusa gedib

Şavkat Mirziyoyev yenidən Nukusa gedib Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu gün yenidən Nukusa uçub.
Digər ölkələr
3 İyul , 2022 11:16
Şavkat Mirziyoyev yenidən Nukusa gedib

Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu gün yenidən Nukusa uçub.

"Report" xəbər verir ki, bu barədə "Qazeta.uz" məlumat yayıb.

Dövlət başçısı ötən gün kütləvi nümayişlərin keçirildiyi Qaraqalpaq Respublikasının paytaxtında olub və gecə saatlarında qayıdıb.

Hazırda Nukusda sakitlikdir, küçədə avtomobil demək olar ki, yoxdur. İnternetə çıxış hələ də məhduddur. Mobil rabitə işləyir.

Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi