Sarkozinin partiyasının adı dəyişdirilib

Sarkozinin partiyasının adı dəyişdirilib O, 2016-cı ildə də prezidentliyə namizədliyini irəli sürəcək
Digər ölkələr
30 May , 2015 09:56
Sarkozinin partiyasının adı dəyişdirilib

Bakı. 30 may. REPORT.AZ/ Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin başçılıq etdiyi partiyanın adı dəyişdirilərək "Respublikaçılar Partiyası" olub. 

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Fransanın əsas müxalifət partiyasının adının dəyişdirilməsinin lehinə üzvlərin 83%-i  səs verib.

Məlumata görə, partiyanın bu qərarı ölkədə birmənalı qarşılanmayıb. Tənqidçilər hesab edir ki, fransız xalqı respublikaçı olduğundan bu adı sevəcəklər.

N.Sarkozi 2016-cı ildə də prezidentliyə namizədliyini irəli sürəcək.

Qeyd edək ki, partiyanın əvvəlki adı "Xalq Hərəkatı Birliyi" olub.

Son xəbərlər

Orphus sistemi