Nikolya Sarkozi 2017-ci il prezident şeçkilərində iştirak etmək fikrindədir

Nikolya Sarkozi 2017-ci il prezident şeçkilərində iştirak etmək fikrindədir Bu barədə açıqlama onun "Hər şey Fransa üçün" kitabının çapdan çıxması ilə əlaqədar ediləcək
Digər ölkələr
22 Avqust , 2016 19:49
Nikolya Sarkozi 2017-ci il prezident şeçkilərində iştirak etmək fikrindədir

Bakı. 22 avqust. REPORT.AZ/ Fransanın sabiq prezidenti Nikolya Sarkozi 2017-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.

"Report"un "France-Press"ə (AFP) istinadən verdiyi xəbərə görə, bu barədə onun "Hər şey Fransa üçün" kitabının çapdan çıxması ilə əlaqədar edəcəyi açıqlamada bildiriləcək. Kitab bir növ N.Sarkozinin siyasi proqramı da sayıla bilər.

Yeni nəşr avqustun 24-də satışa çıraxılacaq.

"Mən 2017-ci il prezident şeçkilərində namizədliyimi irəli sürmək qərarına gəlmişəm. Bu, mənim borcumdur", - deyə kitabdan sitat gətirilir. 

Son xəbərlər

Orphus sistemi