Fransada "sarı jiletlilərin" aksiyası başlayıb

Fransada "sarı jiletlilərin" aksiyası başlayıb Bakı. 5 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində onlarla sarı jiletli insan razılaşdırılmış etiraz aksiyasında iştirak etmək üçün Yelisey çölü prospektinə toplaşıb.
Digər ölkələr
5 Yanvar , 2019 14:47
Fransada sarı jiletlilərin aksiyası başlayıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində onlarla sarı jiletli insan razılaşdırılmış etiraz aksiyasında iştirak etmək üçün Yelisey çölü prospektinə toplaşıb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Hakimiyyətlə yanvarın 5-də paytaxtda iki etiraz aksiyasının keçirilməsi razılaşdırılıb. Onlardan biri Fransa parlamentinin binasının qarşsında, o biri isə Yelisey çölündə başa çatacaq. Aksiya yerli vaxtla saat 17.00-dək (Bakı vaxtı ilə saat 20-dək) davam edəcək.

Hazırda ölkənin Marsel, Ruane və bir sıra şəhərlərində mitinq keçirilir.

Qeyd edək ki, noyabrın 17-də Fransada avtomobil yanacaqlarının qiymətinin bahalaşmasına qarşı “sarı jiletlilərin” aksiyası başlayıb.

Son xəbərlər

Orphus sistemi