Yuxarı

​Sarı dənizdə iki gəminin toqquşması nəticəsində 5 nəfər ölüb

Gəmilərdən biri batıb

Bakı. 28 fevral. REPORT.AZ/ Sarı dənizdə iki gəminin bir-biri ilə toqquşması nəticəsində 5 nəfər həyatını itirib, daha sonra gəmilərdən biri batıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü Sindao hökumətinə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Şənbə günü "Sinji-6" ticarət gəmisi Çinin Sindaodan 40 dəniz mili aralıda yerləşən Çaolyan adası yaxınlığında "Lutszyaoyuy-60968" balıqçı gəmisi ilə toqquşub, ardınca balıqçı gəmisi batıb.

Xilasedicilər balıqçı gəmisində olan 5 nəfərin meyitini sudan çıxarıb, digərlərinin axtarışı davam etdirilir.

Qəza zamanı qatı duman səbəbindən görüntünün zəif olduğu bildirilir.

Məlumata görə, gəmilərin hər ikisi Çin şirkətlərinə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi