​SAO: Rusiya Suriyada müxalifətin mövqelərini vurur

​SAO: Rusiya Suriyada müxalifətin mövqelərini vurur Moskva bu ölkənin Hama, Humus və İdlib bölgələrində İŞİD-i vurduğunu iddia edir
Digər ölkələr
2 Oktyabr , 2015 11:37
​SAO: Rusiya Suriyada müxalifətin mövqelərini vurur

Bakı. 2 oktyabr. REPORT.AZ/ Rusiyanın Hərbi Hava Qüvvələrinin Suriyanın Humus bölgəsinin şimalındakı Təlbisə və Rastan rayonlarına, Mukramiyə və Zafaraniyə rayonlarına, Hamanın şimalındakı Əl-Latamne bölgəsinə  endirdiyi zərbələr nəticəsində azı 32 mülki şəxs həyatını itirib, 200-dən çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Suriya Azadlıq Ordusu (SAO) Hama və Humus bölgəsinə, eləcə də ətraf rayonlara nəzarət etidiyini bildirib: "Rusiya mövqelərimizi zəiflətmək istəyir".

ABŞ-ın müdafiə naziri Aşton Karter, dövlət katibi Con Kerri, Fransanın müdafiə naziri Jan le Drian da vurğulayıb ki, Rusiya İŞİD-in nəzarətində olmayan ərazilərə hücum edir.

SAO-nun məlumatına əsasən, Bəşşar Əsədə bağlı gücləri şimalda Hələbin mərkəzi ilə şimal-qərbdə Lazkiyadan ölkənin cənub-qərbində Dəməşqə uzanan xəttboyu əraziyə nəzarət edir. Şərqdə isə onlar Deyruz Zor və Haseke vilayətlərinin yalnız mərkəzlərində qərar tuta bilib.

İyundan bu yana "Bəşşar Əsədin qalası" sayılan Lazkiyəyə hücum etməyi müxalif qüvvələr qarşılarına məqsəd qoysa da, Lazkiyə-Dəməşq arasında qalan, İdlib - Hama - Humus xəttinə ağırlıq verərək, orada qalıblar.

Müxalif "Fəth ordusu" "Lazkiyəyə açılan qapı" olaraq adlanan, İdlibin cənubu və Hamanın şimal-qərbində yerləşən Sehl Gab bölgəsinin təxminən 3-də birinə nəzarət etməyi bacarıb.

Hama və Humus arasındakı Rastan və Telbise rayonları da Suriya Azadlıq Ordusunun nəzarəti altındadır.

Rusiya tərəfi isə Suriyada başladıqları hava əməliyyatlarında Hama, Humus və İdlibdə İŞİD-ə aid hədəfləri vurduğunu bildirib.

Qeyd edək ki, bu xəritədə ölkədədki qüvvələrin nəzarət etdiyi ərazilər göstərilib. Suriyada rəsmi mənbələr qeyri-müəyyən olduğundan mövqelərlə bağlı rəsmi xəritədə mövcud deyil. 

Son xəbərlər

Orphus sistemi