"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, faciə ani yaranan basırıq nəticəsində baş verib.
Son məlumatlara görə, zərərçəkənlərin sayı 47 nəfərdir. Faciə qurbanlarının əksəriyyəti qadınlar və tələbələrdir. Ölən və yaralananlar arasında uşaqlar da var.
Basırıq insanların 18 mərtəbəli binanın damından atılan saxta dollarları toplamaq istəməsi nəticəsində yaranıb.