Çili hakimiyyəti ölkədəki partlayış hadisəsini terror aktı adlandırıb

Çili hakimiyyəti ölkədəki partlayış hadisəsini terror aktı adlandırıb Bakı. 5 yanvar. REPORT.AZ/ Çili hakimiyyəti Santyaqo-de-Çillidə, avtobus dayanacağında törədilmiş partlayışa terror aktı kimi baxır.
Digər ölkələr
5 Yanvar , 2019 05:51
Çili hakimiyyəti ölkədəki partlayış hadisəsini terror aktı adlandırıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Çili hakimiyyəti Santyaqo-de-Çillidə, avtobus dayanacağında törədilmiş partlayışa terror aktı kimi baxır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Andres Çedvik bildirib.

"Mən artıq terror aktı olan hücumda günahkar olanlarla bağlı bəyanat təqdim etmişəm", - deyə o, "24 Horas" telekanalının efirində bildirib.

Qeyd edək ki, Çilidə avtobus dayanacağında partlayış törədilib. Hadisə Santyaqoda qeydə alınıb. Partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur.

Partlayışa görə məsuliyyəti tərəqqi və sivilizasiya uğrunda mübarizəni özü üçün hədəf elan etmiş yerli terror qruplaşması üzərinə götürüb.

Partlayıcı qurğu zibil yeşiyinə yerləşdirilib. Xəsarət alanlar arasında iki venesuelalı da var. 

Son xəbərlər

Orphus sistemi