Sankt-Peterburqda tibb işçiləri kütləvi şəkildə koronavirusa yoluxdu
Digər ölkələr
- 17 aprel, 2020
- 19:48
Rusiyanın Sankt-Peterburq şəhərində 137 tibbi işçisi koronavirusa yoluxub.
“Report” xəbər verir ki, bunu şəhərin televiziyasına müsahibəsində “Botkin” adına xəstəxananın baş həkimi Denis Qusev deyib.
“Hazırda bizdə koronavirus diaqnozu qoyulan və ya virusa yoluxmaqda şübhəli bilinən 405 pasiyent var. Onların 137-si tibb işçisidir. Həkimlərin əksəriyyəti koronavirusun ilkin qeydə alındığı xəstəxananın həkimləridir”.
Qeyd edək ki, Sankt-Peterburqda son bir gündə koronavirusa yoluxanların sayı kəskin artıb. 424 nəfərdə yoluxma təsdiqlənib. Beləliklə, şəhərdə yoluxanların ümumi sayı 1 507 nəfərə çatıb.
Son xəbərlər
19:53
Türkiyədə əcnəbi tələbələri daşıyan mikroavtobus aşıb: 17 nəfər yaralanıb
Region19:50
Kiyevin enerji sistemi bərpa olunur
Digər ölkələr19:37
Foto
Bakıda Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib - YENİLƏNİB
Daxili siyasət19:32
Pakistanda terror hücumları nəticəsində 80-dən çox insan həlak olub - YENİLƏNİB
Digər ölkələr19:17
Mozambikdə vəba nəticəsində ölənlərin sayı 48-ə yüksəlib
Digər ölkələr18:53
Premyer Liqa: Lider "Sabah" səfərdə "Zirə"yə qalib gəlib
Futbol18:47
Madaqaskarda güclü tropik "Fitiya" siklonu tüğyan edir
Digər ölkələr18:23
Paytaxt üzrə ilk dəfə elektron qaydada eksternat imtahanları keçirilib
Elm və təhsil18:09